Layihələndirmə
Ölkəmizin iqtsadiyyatının inkişafının mühüm hissələrinən biri yüksək keyfiyyətli nəqliyyat və infrastrukturudur. Nəqliyyat və infrastruktur insanların gündəlik həyatında mühüm rol oynayır.
Böyük miqyaslı infrastrukturdan asılılıq artdıqca layihələndirmə nəinki bugünkü təlabatı, hətta gələcək inkişaf imkanlarını nəzərə almalı, ətraf mühitin təsirini minimuma endirməli və ən vacib amil olan insanların həyat tərzinin yaxşılaşdırılmasına kömək etməlidir.
Bu səbəbdən də layihələndirmədə innovativ həllərin tətbiqinə böyük ehtiyac var. Biz bu cür xidmətləri təklif etməklə işimizin yüksək təhlükəsizliyinə, keyfiyyət və effektivliyinə daim nəzarət edirik.
Biz aşağıdakı layihələndirmə xidmətlərini təklif edirik:
Yeraltı və yerüstü xətti layihələrin (Avtomobil yollarının, Dəmir yollarının və yeraltı su-çirkab su layihələri və s.) layihələndirilməsi, işçi cizgilərin hazırlanması, İş proqramları, həcmlərin və Smeta sənədlərinin hazırlanması və vahid qiymət analizlərinin çıxarılması.
Geodeziya və Geoloji-Axtarış işləri
- Mühəndis-Geodeziya işləri;
- Mühəndis-geoloji axtarış işləri;
- Qruntların labaratoriyada təhqiqatı.








